İCLASDA DANLANDI - Zəifsən, işləyə bilmirsən, bacarmırsan!

13 Sentyabr 2021 14:00 Şamaxı 1 432
İCLASDA DANLANDI - Zəifsən, işləyə bilmirsən, bacarmırsan!

“Keşlə” rəhbərliyi komandanın cari mövsümdəki çıxışı ilə bağlı toplantı keçirib.

Burada Premyer Liqanın ilk 3 turunda qeydə alınan məğlubiyyətlər müzakirə olunub. İclasa baş məşqçi Sənan Qurbanovla köməkçisi Zaur İsmayılov da çağırılıb.

Rəsmilər uğurusz gedişat barədə İsmayılovun fikrini soruşub, daha sonra Qurbanov sərt şəkildə danlanıb.

Ona bildirilib ki, öz işinin öhdəsindən gələ bilmir, nizam-intizam yaratmağı bacarmır, üstəlik, futbolçularla münasibətləri korlayıb.

Komanda bu gün istirahət edəcək, sabah isə məşqlər bərpa olunub. AFFA-nın xahiş-minnəti ilə görəvə gəlmiş Qurbanovun nəzərinə çatdırılıb ki, onun taleyinə qısa müddətdə aydınlıq gətiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti