Qurbanov "Zirə" ilə oyuna dönüş nöqtəsi kimi baxır - "Bütün oyunları məğlub ola bilmərik"

10 Sentyabr 2021 21:00 Şamaxı 942
Qurbanov "Zirə" ilə oyuna dönüş nöqtəsi kimi baxır - "Bütün oyunları məğlub ola bilmərik"

Azərbaycan Premyer Liqasında 3 həftəlik fasilə sabah başa çatır. İlk oyun günündə "Keşlə" "Zirə"ni qəbul edəcək. Meydan sahibləri arxada qalan hər iki turda da məğlubiyyət görüb.

Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov oyun öncəsi Sportinfo.az-a açıqlamasında tilsimi "Zirə" ilə oyunda qıracaqlarına inandığını bildirib:

"Zirə" ilə oyunun dönüş nöqtəsi olmasına çalışacağıq. Başa düşürük ki, bütün oyunları məğlub ola bilmərik. "Sumqayıt"la ev oyununda məğlub olmalı deyildik. "Qəbələ" ilə oyunun ikinci hissəsini yaxşı keçirdik. Bütün bunları futbolçulara çatdırmağa çalışırıq".

Gənc mütəxəssis yaxşı oyun yox, yaxşı nəticənin vacibliyini önə çəkib: "İtənilən halda bizdən nəticə tələb olunur. Yaxşı oyun və epizodların qaçırılması geridə qalır. Biz də nəticə qazanmağa çalışacağıq. Oyun üslubunda dəyişiklik etmək istəmirəm. Bu oyunla buna nail olacağımıza inanıram".

"ASK "Arena"da baş tutacaq "Keşlə" - "Zirə" görüşünün start fiti 20:15-də veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!