Bakı təmsilçisinə lazım olmadı, səsiz yola saldılar.

1 Sentyabr 2021 23:20 Şamaxı 1 610
Bakı təmsilçisinə lazım olmadı, səsiz yola saldılar.

"Keşlə"nin Diamant Ramazanini baxışa çağırmasını bir müddət əvvəl xəbər vermişdik. Amma viza ilə bağlı yaranmış problemə görə onun ölkəmizə gəlişi gecikirdi.

Sportinfo.az-ın məlumatına görə, cinah müdafiəçisi uzun gözləntidən sonra olsa da Bakı təmsilçisinin heyətinə qoşulub.

Ancaq bir həftəlik yoxlanış müddətində özünü baş məşqçi Sənan Qurbanova göstərə bilməyən legioner bir neçə gün əvvəl yola salınıb.

22 yaşlı futbolçu 2016-2020-ci illəri Belçikanın "Lokeren" klubunda oynayıb. O, 2017-ci ildə bu klubda çıxış edən "Neftçi"nin legioneri Yusif Lavalla komanda yoldaşı olub.

Hazırda klubsuz olan Ramazani Burundi millisində də 4 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"