Əliyev “əfv"ə düşmədi, 3200 manat "üstündə qaldı" - QƏRAR

1 Sentyabr 2021 16:40 Şamaxı 870
Əliyev “əfv"ə düşmədi, 3200 manat "üstündə qaldı" - QƏRAR

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda “Keşlə”nin müraciətinə baxılıb.

Tribunal apelyasiya şikayəti təmin etməyib. Bununla da AFFA İntizam Komitəsinin “Keşlə” və müdafiəçisi Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Əliyev səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırıb, klubu isə 3200 manat məbləğində cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti