"Elə oyun olacaq ki, mənə ehtiyac olmayacaq"

1 Sentyabr 2021 14:00 Şamaxı 908
"Elə oyun olacaq ki, mənə ehtiyac olmayacaq"

"Məşqlərimi davam etdirirəm.

Yeni mövsümə hazırlaşırıq, hələ bir yenilik yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Nicat Qurbanov deyib.

Yeni mövsümün əvvəlində müəmmalı şəkildə əvəzedici heyətə göndərilən futbolçu yeni dəvət almadığını bildirib:

"Hazırda gözləntim yoxdur. Hansısa təklif olmayıb. Klubla müqaviləm var və hələ burdayam. Formamı itirmək özümdən asılıdır.

Çalışıram ki, formada qalım. Düzdü, bir az çətinlik yaranır. İnşallah, çempionat başlayandan sonra qaydasına düşər".

Qurbanov Divizonda oynamaq perespektivi barədə bunları deyib: "Baş məşqçimizin qərarıdır. Elə oyun olacaq ki, mənə ehtiyac olmayacaq.

Ola da bilər ki, əsas heyətdə olararam. Məşqçinin verəcəyi qərara hörmətlə yanaşacam".

Digər Xəbərlər
Xəbər Lenti