"Heç kim verəcəyimiz qərara görə bizdən inciməsin" – SON XƏBƏRDARLIQ

29 Avqust 2021 11:40 Şamaxı 2 693
"Heç kim verəcəyimiz qərara görə bizdən inciməsin" – SON XƏBƏRDARLIQ

«Keşlə»nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın ilk 2 turundakı uğursuzluğa görə sərt tənqidə məruz qalıb.

Bu barədə Sportinfo.az-a klubdan məlumat daxil olub.

Bildirilib ki, rəhbərlik «Sumqayıt» və «Qəbələ»yə məğlubiyyətin səbəblərini araşdırıb və çalışdırıcının bu yöndə gətirdiyi əsasları qəbul etməyib. Belə ki, Qurbanova sonuncu dəfə xəbərdarlıq olunub:

«Hər dəyə gəlib deyirsiz ki, yaxşıı oynadıq, xeyli qol vəziyyəti yaratdıq, bəxtimiz gətirmədi, uduzduq. Bizə bunların heç biri maraqlıı deyil.

Nəticə istəyirik. Biz bunun üçün buradayıq. Nəticə yoxdursa, deməli, iş də yoxdur. Əksər futbolçuların maaşı artırılıb və təbii ki, tələbələr də olmalııdır.

Komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparmalıdır. Çempionata bu cür start verməyi qəbul edə bilmirik.

Gələn tur «Zirə»ni udmaq mümkün olmasa, heç kim verəcəyimiz qərara görə bizdən inciməsin».

Digər Xəbərlər
Xəbər Lenti