"Keşlə"dən qəribə qərar - Kapitan Soçiyə aparılmadı

20 İyul 2021 13:00 Şamaxı 1 795
"Keşlə"dən qəribə qərar - Kapitan Soçiyə aparılmadı

""Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsinin "Soçi" ilə ilk qarşılaşması üçün bu gün səhər saatlarında səfərə çıxıb.

Sportinfo.az-ın məlumatına görə, səfər gedən heyətdə kapitan Şəhriyar Əliyevlə bərabər, Oumar Qudiabi və Anatole Abanq da yer almayıb.

Onlar Bakıda qalıb və əvəzedici heyətlə məşqlərə davam edəcəklər.

Hər üç futbolçunun səfərə aparılmama səbəbi cəza üzündən bu görüşü buraxmasıdır. Ancaq bu həmin futbolçuların səfərə aparılmaması üçün yetərli səbəb deyil.

Dəfələrlə belə məqamlarda baş məşqçilərin həmin futbolçuları səfərə aparmağı vacib bilməsinə şahidlik etmişik. Bunu daha çox Qurban Qurbanovun edir. Digər nümünələr də az deyil.

Məsələn, cəza səbəbindən "Çukariçki" ilə oyunu buraxacaq Tellur Mütəllimov Ayxan Abbasov tərəfindən Serbiyaya aparılacaq heyətə daxil edilib. O, hətta Belqradda baş tutan məşqdə iştirak edib.

Təbii ki, bunda əsas məqsəd komandada ab-havanı yüksək tutmaqdır. Görünür, "Keşlə" rəhbərliyi üçün belə şeylərin önəmi yoxdur.

Səfərə aparılmayan futbolçulara görə qənaət ediləcək 5-10 manat daha qiymətlidir. Bu isə peşəkarlığa zidd düşüncədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda