AFFA-nın komitə sədri baş məşqçidən xahiş edib ki…

20 İyul 2021 09:40 Şamaxı 1 462
AFFA-nın komitə sədri baş məşqçidən xahiş edib ki…

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov yeni transfer əməliyyatında iştirak edib.

O, Kərim Diniyevin «Keşlə»yə keçidində vasitəçilik missiyasın öz üzərinə götürüb.

Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov «Zirə»dən uzaqlaşdırılan müdafiəçini məhz onun xahişi və təkidi ilə komandaya götürüb və 1 illik müqavilə bağlatdırıb.

Sadıqov bu transferdə pul xatirinə rol almayıb. Sədr, sadəcə, yaxın dostu olan komitə üzvü Şahin Diniyevin sözünü yerə salmayıb və tutduğu postdan belə bir iş üçün yararlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti