“Bilirəm ki, onsuz da, oynamayacam, boş-boşuna ora niyə gedim?”

17 İyul 2021 19:00 Şamaxı 1 262
“Bilirəm ki, onsuz da, oynamayacam, boş-boşuna ora niyə gedim?”

“Burada mənlik bir problem yoxdur, tezliklə geri dönəcəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə"”in müdafiəçisi Rail Məlikov deyib.

Baş məşqçi Sənan Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən təcrübəli futbolçu Konfrans Liqasında iştirak etməyəcək. Onun adı “Soçi” ilə oyun üçün Rusiyaya aparılacaq heyətdən çıxarılıb.

Məlikov bu məqsədlə Qurbanovla görüşdüyünü və bütün qaranlıq məqamlara aydınlıq gəldiyini bildirib: “Əvəzedicidə qısa bir müddət qalacam.

Mənə bir az praktika toplamaq lazımdır. Məşqçilikdə ilk addınları atmalıyam. AFFA sentyabrda “B” kateqoriyalı kurslar təşkil etməlidir.

Uzun müddət millidə oynadığım üçün tgəhsil almağa birbaşa “B”dən başlayacam. İndidən ona hazırlaşmaq lazımdır.

Fikrim futbolçu karyeramı davam etdirə-etdirə oxumağa başlamaqdır. Klub rəhbərliyi və Sənan Qurbanov bu şəraiti mənə yaradacaq, köməklik göstərəcək.

İndi lazımdır ki, bir qədər səbrli olum və gözləyim. Bilirəm ki, Rusiyaya getsəm də, onsuz, oynamayacam.

Boş-boşuna ora niyə gedim? Ondansa, diqqətimi yavaş-yavaş məşqçiliyə yönəldərəm”.

Digər Xəbərlər
Xəbər Lenti