"Keşlə"dən Azər Bağırovun istefasına reaksiya: "Onunla aramızda…"

16 İyul 2021 21:00 Şamaxı 1 998
"Keşlə"dən Azər Bağırovun istefasına reaksiya: "Onunla aramızda…"

"Bu, o qədər də şişirdiləsi məsələ deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azər Bağırovun "Keşlə"nin məşqçilər korpusundan istefa verməsinə münasibət bildirən baş məşqçi Sənan Qurbanov deyib.

Gənc mütəxəssis bildirib ki, Azər Bağırovla onun arasında hər hansısa münaqişənin baş verməsindən söhbət belə gedə bilməz:

"Sadəcə, arada anlaşılmazlıq oldu. Amma əsla, aramızda hər hansısa münaqişə yaşanmayıb. Azəri mən uşaqlıqdan tanıyıram. Bir yerdə böyümüşük.

Onu komandaya özüm gətirmişəm. Tanıdığım, neçə illər bir yerdə olduğum insandır. Fikir ayrılığı oldu, amma münaqişəsiz. Azərlə mənim aramda münaqişə ola bilməz.

Biz heç uşaqlıqda dalaşanda da bir-birimizdən küsməmişik. Bir-birimizin evində çörək yeyən adamlarıq.

Amma iş prinsipləri başqadır. Burda elə eləməliyik ki, həm Azərlə mənə, həm kluba yaxşı olsun".

Digər Xəbərlər
Xəbər Lenti