"Keşlə" - "Soçi" matçının saatı və hakimləri bilindi

16 İyul 2021 18:00 Şamaxı 1 416
"Keşlə" - "Soçi" matçının saatı və hakimləri bilindi

"Keşlə" və "Soçi" arasında UEFA Konfrans Liqasının cavab oyununun saatı və hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Saat 20:00-da başlanacaq matçın referisi Viktor Şimusikə yan xətt hakimləri qismində Anton Qusev və Sergey Kosovets yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.

Bu komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!