"Bunu mənə deyəndə, çox pis oldum, qulaqlarıma inana bilmədim"

16 İyul 2021 11:40 Şamaxı 1 210
"Bunu mənə deyəndə, çox pis oldum, qulaqlarıma inana bilmədim"

«Bəli, əvəzedici komandaya göndərilmişəm, amma bunun səbəbini bilmirəm».

Bu sözləri Sportinfo.az-a açqlamasnda «Keşlə»nin müdaifəçisi Rail Məlikov deyib.

Konfrans Liqasında «Soçi» ilə qarşılaşacaq «Keşlə»də xoşagəlməz hadisələr yaşanmaqda davam edir.

Sənan Qurbanovun köməkçisi Azər Bağırovu öz korpusundan uzaqlaşdırmasını dünən xəbər vermişdik. Baş məşqçi yardımçısının ardınca daha bir nəfəri komandadan kənarlaşdırıb.

Yaxınlarda müqaviləsini 1 il müddətinə uzadan Məltkovun adı «Soçi» ilə oyun üçün Rusiyaya aparılacaq heyətdən çıxarılııb. O, qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Təcrübəli futbolçu bu qərarla bağlı Sənan Qurbanovla söhbət edəcəyini bildirib: «Bir azdan onunla görüşəcəm. Əsas komandadan kənarlaşdırılmağımın səbəbini soruşacam.

Çünki dünən klubdan zəng vurub, baş məşqçinin qərarı barədə mənə məlumat veriləndə, çox pis oldum, qulaqlarıma inana bilmədim.

Dünən Sənan müəllimlə danışdım, dedi, gəl, üzbəüz söhbət edək. Mən də indi bazaya gedirəm.

Hamı bilir ki, mən məsuliyyətli insanam. Həmişə harada oynamışamsa, nümunəvi davranışımla gənclərə örnək olmuşam.

Düzdür, ötən mövsüm demək olar meydana çıxmaq şansı qazanmadım, ancaq ki, hər məşqə ciddi yanaşmışam. İndi də elə.

Ona görə də baş məşqçidən bu qərarı hansı səbəbdən verməsini eşitmək istəyirəm. Deyəcəyim sözlər çoxdur.

Amma Sənan müəllimlə görüşdən qabaq başqa heç nə demək istəmirəm. Qoy, söhbət edək, sonra lazım olarsa, daha geniş açıqlama verəcəm».

Digər Xəbərlər
Xəbər Lenti