Qurbanov onunla mübahisə edən köməkçisini klubdan uzaqlaşdırdı

15 İyul 2021 18:00 Şamaxı 1 920
Qurbanov onunla mübahisə edən köməkçisini klubdan uzaqlaşdırdı

“Keşlə”də ayrılıq qeydə alınıb.

Sportinfo.az bu barədə məlumatı klubdan əldə edib.

Redaksiyamıa daxil olan informasıyaya görə, Sənan Qurbanov Azər Bağırovu məşqçilər korpusundan uzaqlaşdırıb.

Buna səbəb baş məşqçinin köməkçisi ilə yola getməməsidir. Bir qədər konkretləşdirsək, cütlük arasında növbəti mübahisə ikincinin iş yerini itirməsiylə bitib.

Bağırovun kluba gəlişi Qurbanovla eyni vaxta təsadüf də, onun kadrı deyil. O, bura başqa “kanal” vasitəsilə təşrif buyurub.

Tərəflərin 6 aydır davam edən işbirliyi sakit keçməyib. Onlar çıxdandır yola getmirdi. Hələ apreldə - «Zirə» ilə ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunundan öncə düşərgədə ilk ciddi insident baş verib.

Məşq əsnasında ikili arasında yaranan anlaşılmazlıq daha sonra bazada mübahisəyə çevrilib. Baş məşqçinin ona yönələn iradları ilə razılaşmayan Bağırov ona cavab qaytarıb.

Belədə tərəflər bir-birlərinin ünvanına heç də xoş olmayan ifadələr işlədib. Bağırovun Qurbanovu döymək istəməsinə səsə gələn klub nümayəndələri imkan verməyib.

Görünür, bu hadisə baş məşqçinin yadından çıxmayıb və ilk fürsətdə yardımçısını göndərib.

Bu da “Soçi” ilə oyunöncəsi düşərgədə ümumi vəziyyətin yaxşı olmamasının isbatıdır. Qurbanov komandanı Konfrans Liqasında ruslarla oyuna hazırlamaq əvəzinə, vaxtını belə neqativ məsələlərə “xərcləyir”.

O, mayda digər yardımçısı Kamal Quliyevi də düşərgədən kənarlaşdırmışdı. Lakin Qurbanovun qərarı cəmi 3 gün qüvvədə qalmışdı. AFFA və SOCAR-dan gələn tapşırıqdan sonra Quliyev iş yerinə bərpa olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı