"350 manat alan adam rüşvət götürməyə məcbur edilmirmi, sizcə?"

15 İyul 2021 15:00 Şamaxı 2 483
"350 manat alan adam rüşvət götürməyə məcbur edilmirmi, sizcə?"

«Keşlə» Futbol Akademiyası ciddi problemiərlə üzləşib.

Bu barədə Sportinfo.az-a müraciət daxil olub.

Həmin məktubu təqdim edirik:

«Mənim qardaşım «Keşlə» klubunda məşqçidir. Akademiyada uşaqlarla çalışır. Əvvəl onlarla 11 aylıq müqavilə bağlanırdı, yazıq 1 ay borc-xərclə yaşayırdı.

Keçən ildən müqavilə 10 aya endirildi. Mayın 31-dən gəlib oturub evdə, ailəsi kasıbçılıqdan əziyyət çəkir.

Klub deyib ki, 350 manat maaş olacaq, özünüzə iş tapın. Çünki bilirlər ki, başqa iş yoxdur, 200 manat da versələr, gəlib işləyəcəklər.

Qardaşım aradabir günəmuzd fəhləlik edir. Sizə yazıb dərdini danışmalı olduğunu özünə dəfələrlə dedim. Bilir ki, əgər adı keçsə, heç bir klubda iş tapa bilməyəcək.

İndi siz mənə deyin: 350 manat maaş alan məşqçi ailə-məişət problemləri ilə məşğul olsun, yoxsa uşaq yetişdirsin?

Legionerləri gətirib pul tökməkdənsə, yaxşı olmaz ki, öz balalarımız dolansın? 350 manat alan adam rüşvət almağa məcbur edilmirmi, sizcə?

Aprel ayında bütün aşağı yaş qrup məşqçilərinə kağız imzalatdırılıb. Maaşlarının 45 faiz azaldılması barədə.

Yazıqlar gecə-gündüz dua elədilər ki, kuboku götürək, avrokuboklara gedək, bəlkə onda maaşlar düşməz.

Bir müddət qabaq akademiya məşqçilərinin iclası keçirildi. Orada deyilib ki, heç bir dəyişiklik olmayacaq. 45 faiz azaldılma qərarı qüvvədə qalacaq. Əvvəlki maaş 700 manat idi.

Bu yazıqlar işçi ştatına da götürülməyib. Əmək müqavilələri yoxdur. Heç bir yerdə adları keçmir. VÖEN-lə maaş alırlar, ondan da vergi, sosial və tibbi sığortaya ödəniş edirlər».

Digər Xəbərlər
Xəbər Lenti