Sabiq "Neftçi"li "Keşlə"yə lazım olmadı - BU SƏBƏBDƏN

13 İyul 2021 09:40 Şamaxı 1 323
Sabiq "Neftçi"li "Keşlə"yə lazım olmadı - BU SƏBƏBDƏN

"Neftçi"nin sabiq yarımmüdafiəçisi Saman Nərimancahanın "Keşlə"yə keçidi baş tutmayıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, keçidə mane olan tək səbəb maliyyə olub.

Belə ki, Samanın paytaxt klubundan yüksək maaş istəyi danışıqların başlamadan bitməsinə gətirib.

İranlı futbolçunu Sənan Qurbanova onun meneceri təklif edib. Əslində gənc mütəxəssis bu keçidə isti baxırmış.

Çünki futbolçunun bacarığı onu qane edirmiş. Amma futbolçunun istədiyi məbləği bilincə, Qurbanov danışıqların başlamadan bitməsinə qərar verib.

2020-ci ilin yanvarında "Neftçi"yə transfer olunan futbolçu 22 oyunda meydana çıxıb və 1 qol vurmağı bacarıb.

30 yaşlı futbolçu bu ilin martında komandadan ayrılıb. O, hazırda Təbrizi təmsil edən "Traktor" klubunun şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti