"Qısa vaxtda mütləq bunları aradan qaldırmaq lazımdır"

11 İyul 2021 20:20 Şamaxı 594
"Qısa vaxtda mütləq bunları aradan qaldırmaq lazımdır"

"İlk hissə topa daha çox sahib olduq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"lə baş tutan yoxlama görüşündən danışan "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Gənc mütəxəssis narazı və razı qaldı məqamlardan söz açıb: "Yeni futbolçular özünü pis tərəfdən göstərmədilər. Komandaya alışmaq prosesi gedir. Bunun tez baş verməsini istəsək də, görünür, bir qədər zaman alacaq. Qol imkanlarını dəyərləndirə bilmədik. İkinci hissə qol da vura bildik. İstədiyimiz hər şeyi ala bilməsək də, amma inkişaf olduğu görünür. Həm müdafiə, həm də hücum planında boşluqlar var. Video materiallarla futbolçulara bu çatışmazlıqları göstərəcəyik. Qısa vaxtda mütləq bunları aradan qaldırmaq lazımdır".

Bütün problemlərə rəğmən 40 yaşlı mütəxəssis "Soçi" ilə oyun öncəsi komandasına inamını ifadə edib: "İstənilən halda komandanı ideal vəziyyətə gətirmək çətindir. Nəzərə alaq ki, 3 əsas oyunçumuz - Abanq, Şəhriyar və Omar ilk oyunda olmayacaqlar. Amma qarşıdakı 10 günə optimal formanı yığmağa çalışacağıq.

Ayın 13-ü "Sabah"la yoxlama görüşümüz var. Məhz həmin oyunda "Soçi"yə qarşı seçəcəyimiz oyun modelini formalaşdırmalıyıq. Ümumilikdə toplanışın ilk günündən bu günə fərq çoxdur. Futbolçular fiziki baxımdan çox artırıblar. Bu mənim üçün çox önəmli idi. "Soçi" ilə oyuna inamımız böyükdür".

Digər Xəbərlər
Xəbər Lenti