Qurbanova dedilər: "İşləmək istəmirsənsə, çıxıb gedə bilərsən"

7 İyul 2021 11:40 Şamaxı 1 418
Qurbanova dedilər: "İşləmək istəmirsənsə, çıxıb gedə bilərsən"

«Keşlə»nin baş məşqçisi Sənan Qurbanov növbəti dəfə dilinin bəlasına düşüb.

O, bu dəfə klub rəsmilərinin qəzəbinə tuş gəlib.

Belə ki, çalışdırıcı Konfrans Liqasına hazırlığın Bakıda təşkil olunmasına sərt şəkildə etirazını bildirib. Qurbanov aavrokuboklarda mübarizə aparacaq digər kolmaandaların ölkə xaricində təşkil olunmasına diqqət çəkərək, bir neçə başqa ifadə işlədib.

Gənc sükançının subardinasiya qaydalarını gözləməməsi «işləmək istəmirsənsə, çıxıb gedə bilərsən» cavabını eşitməsinə rəvac verib. Ondan istefa ərizəsi yazması istənilib.

Düşərgəni tərk edən Qurbanov daha sonra səhvini anlayıb və üzrxahlığını dilə gətirərək, burada qalmaq istədiyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti