Azərbaycan klubu ilə anlaşan hücumçu: "Bura vitrindir"

3 İyul 2021 12:40 Şamaxı 3 630
Azərbaycan klubu ilə anlaşan hücumçu: "Bura vitrindir"

“Yüksək səviyyəli bir kluba gəldiyim üçün çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin yeni transferi Felipe Santos deyib.

“Maribor”dan (Sloveniya) transfer olunan braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına keçidi dəyərləndirib. Bakı klubu ilə 1 illik müqavilə bağlayan 24 yaşlı hücumameyilli oyunçu artıq məşqlərdə iştirak edir.

“Keşlə”nin yeni “10 nömrəsi” Konfrans Liqasında Rusiya təmsilçisi “Soçi” ilə keçiriləcək oyunlara da münasibət bildirib:

“Artıq məşq edirəm, komanda yoldaşlarıma uyğunlaşıram. Yeni çağırışa görə motivasiyalıyam. Bizi böyük işlərin gözlədiyini bilirəm.

Konfrans Liqasında oynamaq çox vacibdir, bura vitrindir. Yeni rəqabət, eyni zamanda çox önəmlidir. Çətin rəqiblə düşmüşük.

Amma 11 oyunçuya qarşı 11 nəfər çıxış edir. Çox yaxşı hazırlaşırıq, uğurlu nəticə qazanmağa çalışacağıq”.

“Keşlə” “Soçi” ilə iyulun 22-də səfərdə, bir həftə sonra isə evdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular