“Gilan Holdinq” məşhur futbol layihəsini maliyyələşdirməkdən imtina etdi

2 İyul 2021 17:40 Şamaxı 743
“Gilan Holdinq” məşhur futbol layihəsini maliyyələşdirməkdən imtina etdi

Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı, deyəsən, baş tutmayacaq.

Buna səbəb “Qəbələ”nin rəsmi sponsoru olan “Gilan Holdinq”in verdiyi qərardır.

Maliyyə problemi ilə üzləşən holdinq layihəni reallaşdırmaqdan imtina edib.

Halbuki, 2017-ci iln martında “Qəbələ” İdman Klubu ilə braziliyalı futbol əfsanəsinin adını daşıyan akademiya arasında müqavilə imzalanıb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləşən imzalanma mərasimi “Burc Əl Ərəb” otelində təşkil olunub.

Bundan daha əvvəl - 2016-cı ilin oktyabrında Bakıda memorandum imzalayan tərəflər bu dəfə 3 illik anlaşmanı rəsmiləşdiriblər.

Müqaviləyə “Qəbələ” İdman Klubu tərəfdən klubun vitse-prezidenti Fariz Nəcəfov, “Ronaldinho Soccer Academy” tərəfdən isə Ronaldinyo imza atıb.

“Qəbələ” və “Ronaldinho Soccer Academy” arasında müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Qarşıdakı 1 il ərzində isə yeni akademiyanın bazasının hazır vəziyyətə gətirilməsi planlaşdırılırdı.

Müqaviləyə əsasən “Qəbələ”nin üzərinə məktəbin fəaliyyəti üçün baza, təsislər təqdim etmək, şirkətin marka dəyərini qorumaq vəzifələri düşürdu.

“Ronaldinho Soccer Academy” isə eksklüziv ad hüququnu verəcək və lazım olan dəstəyi göstərəcəkdi. Lakin akademiyanın açılışı indiyədək müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.

“Qəbələ” İK Tale Heydərovun klub prezidenti postundan istefasının Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəyini bəyan eləsə də, görünən odur ki, “Gilan” layihənin start götürməsi üçün heç çür maliyyə toplaya bilmir.

Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı