"Qarabağ"a ağır məğlubiyyət yoldaşlıq görüşüdü deyə üstündən keçmək olmaz"

29 İyun 2021 22:20 Şamaxı 1 137
"Qarabağ"a ağır məğlubiyyət yoldaşlıq görüşüdü deyə üstündən keçmək olmaz"

"Sabah toplanışın ikinci mərhələsi start götürəcək. Düzdü, toplanış üçün ölkə xaricinə gedə bilmədik. Nə dərəcədə yaxşı olacağını bilmirəm. Amma maksimum çalışacağıq ki, Konfrans Liqasındakı oyuna kimi ən yaxşı formamıza çataq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, yaxşı nəticə qazana bilək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin mərkəz müdafiəçisi Şəhriyar Əliyev deyib.

Təcrübəli oyunçu yoldaşlıq görüşündə "Qarabağ"dan aldıqları 7-0 hesablı ağır məğlubiyyətdən də söz açıb: "Toplanışa başladığımız ilk gündən fiziki hazırlığımız olub. Fiziki yorğunluğun fonunda "Qarabağ"la çox ağır oyun oldu. Həm hava isti idi, həm də güclü yükləmələrdən sonra meydana çıxmışdıq.

Digər yandan "Qarabağ" da avropa səviyyəli komandadır. Onlara qarşı oynamaq çətindir. Amma yoldaşlıq görüşlərində səhvləri görmək baxımında belə oyunların olması yaxşıdır. Yoldaşlıq görüşüdü deyə üstündən keçmək olmaz".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı