Avrokuboklarda iştirak edəcək klubun PULU QURTARDI

29 İyun 2021 13:00 Şamaxı 971
Avrokuboklarda iştirak edəcək klubun PULU QURTARDI

«Keşlə» transfer bazarından çəkilib.

Sportinfo.az-ın məlumatına görə, Konfrans Liqasında yarışacaq klubun yeni futbolçular almağa vəsaiti qalmayıb.

Bu, Sənan Qurbanovun plansız işi nəticəsində baş verən hadisədir. Belə ki, xahiş-minnətlə komandanın sükanı arxasına əyləşən Qurbanov ona verilən səlahiyyətdən səmərəli istifadə etməyi bacarmayıb.

O, ayrılan büdcənin əsas hissəsini düşərgədə saxladığı futbolçuların maaşlarının artırılmasına səfər elədiyindən, başqa legionerlərin gətirilməsinə pul çatmayıb.

Qurbanovun istəyi üzərinə yeni müqavilə imzalanan oyunçular bunlardır: Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Elçin Mustafayev ("Sabah": icarəyə), Rafael Məhərrəmli ("Qarabağ"), Merab Qiqauri ("Qəbələ"), Omar Qudiabi ("Şkupi", Şimali Makedoniya), Aldair Sapalo Amaro Neto ("Pelister", Şimali Makedoniya), Felipe Santos (“Maribor”, Sloveniya), Amil Yunanov ("Səbail")

Gedənlərin sırasını Vüsal İsgəndərli ("Ankara Keçiörengücü"), Sezar Meza Kolli ("Neftçi"), Xəzər Mahmudov ("Sumqayıt"), Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Yevgeni Koçuk, Elvin Yunuszadə və Bahadur Həziyev təşkil edir.

Müqavilə müddətini uzadanlar isə Rail Məlikov, Ruslan Əmircanov, Tərlan Quliyev, Stanislav Namaşko, Şəhriyar Əliyev, Azər Salahlı, Kamal Bayramov, Tural Axundov, İlkin Qırtımov və Miyusko Boyoviçdir.

Digər Xəbərlər
Xəbər Lenti