"Qarabağ"la oyunda belə nəticə gözləmirdik" - Sənan Qurbanov

27 İyun 2021 20:20 Şamaxı 1 113
"Qarabağ"la oyunda belə nəticə gözləmirdik" - Sənan Qurbanov

"Komandada yüklənmə çox idi. Məqsəd yeni futbolçuları az oynatmaq idi. Amma sözün düzü belə nəticə gözləmirdik. Amma hesab böyük oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"la yoxlama oyunu haqqında danışan "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Gənc mütəxəssis belə məğlubiyyətin komandada mənfi hal yaşatmasına mane olacağını sözlərinə əlavə edib: "Qarabağ" çox yaxşı görsənirdi. Sanki komanda fiziki dönəmdən keçmirdi. İstənilən halda belə məğlubiyyətin mənfi təsiri olacaq. Amma bu mənə təsir etsə də çalışacam ki, komandaya təsiri olmasın. Rəqibə müqavimət göstərə bilmədik. Normalda belə yükləmələrlə oyuna çıxmırıq. Sadəcə toplanış olduğu üçün belə hal yaşandı".

Xatırladaq ki, yoxlama görüşü çərçivəsində dünən "Qarabağ"la qarşılaşan "Keşlə" rəqibinə 7-0 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!