"Keşlə" sabiq "Zirə"linin transferindən imtina etdi

26 İyun 2021 09:40 Şamaxı 774
"Keşlə" sabiq "Zirə"linin transferindən imtina etdi

"Zirə"dən ayrılan Rodriqo Bonqonquinin "Keşlə"yə keçidi baş tutmayıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, belə qərarın verilməsi maddiyatla bağlıdır.

Belə ki, fransalı yarımmüdafiəçi "Keşlə" rəhbərliyindən 6 min dollar maaş tələb edib.

Amma daha ucuz qiymətə portuqaliyalı hücumçu Aldair Sapalo Amaro Neto və seneqallı vinger Omar Qudiabinin transfer edilməsi sabiq "Zirə"li ilə danışıqların dondurulmasına səbəb olub.

Rodriqo mart ayında "Zirə"yə transfer olunub. Amma mövsümün sonu Rəşad Sadıqov onunla yolların ayrılmasına qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!