"Bizi gözlə, mövqeyinə başqa legioner tapa bilməsək, səni geri qaytaracağıq"

18 İyun 2021 09:40 Şamaxı 1 334
"Bizi gözlə, mövqeyinə başqa legioner tapa bilməsək, səni geri qaytaracağıq"

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Sadio Tounkara ilə bağlı qəribə qərar qəbul edib.

Bu ilin yanvarında “Narva Trans”dan (Estoniya) Azərbaycana qayıdan malili yarımmüdafiəçinin paytaxt təmsliçisi ilə müqaviləsi başa çatıb.

Qurbanov ölkəsinə yollanan sabiq «Xəzər Lənkəran»lıya «bizi gözlə, mövqeyinə başqa legioner tapa bilməsək, səni gkri qaytaracağıq» mesajı göndərib.

“Keşlə” müqavilə müddəti başa çatan futbolçularla bağlı diggər qərarını yaxınlarda açıqlayıb. Klub rəsmi saytı vasitəsilə 4 oyunçu ilə yeni sazişə qol çəkildiyini bəyan edib.

Bunlar qapıçı Kamal Bayramov, müdafiəçilər Tural Axundov, İlkin Qırtımov və Miyusko Boyoviçdir. Adıçəkilən oyunçular anlaşmalarını gələn ilin yayına qədər uzadıblar.

Paytaxt təmsilçisi həmçinin qapıçı Stanislav Namaşko, müdafiəçilər Tərlan Quliyev, Rail Məlikov, Ruslan Əmircanov və Rafael Məhərrəmlinin yeni müqaviləyə qol çəkdiyini, Elçin Mustafayevin isə “Sabah”dan yenidən icarəyə götürüldüyünü təsdiqləyib.

Konfrans Liqasında çıxış edəcək komanda yay fasiləsində Vüsal İsgəndərli, Con Kamara, Silvio Rodriges, Yevgeni Koçuk, Sezar Meza Kolli, Elvin Yunuszadə və Bahadur Həziyevlə yollarını ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti