"Belə görünə bilər ki, məyus olmuşuq, ancaq bu, belə deyil"

16 İyun 2021 17:30 Şamaxı 580
"Belə görünə bilər ki, məyus olmuşuq, ancaq bu, belə deyil"

“Potensial rəqiblərdən ən güclüsü düşdü.

Bildiyiniz kimi, “Soçi” Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, inanımız heç zaman itməməlidir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyadan "Soçi"yə rəqib olmaları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis UEFA Konfrans Liqasında çıxış etdiklərinə görə çox xoşbəxt olduğunu bildirib:

"Belə görünə bilər ki, “Soçi” bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.

Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

Digər Xəbərlər
Xəbər Lenti