Azərbaycanda futbolçunu tərcüməçi kimi klubda saxladılar

12 İyun 2021 17:40 Şamaxı 1 839
Azərbaycanda futbolçunu tərcüməçi kimi klubda saxladılar

«Keşlə» ilə 1 illik yeni müqavilə imzalayan Ruslan Əmircanova klubda maraqlı iş tapşırılıb.

Üç ildir paytaxt təmsilçisinin düşərgəsində yer alan, amma nadir hallarda forma geyinən müdafiəçi bundan sonra komandada tərcüməçi funksiyasını yerinə yetirəcək.

O, ingilis dilini bilməyən baş məşqçi Sənan Qurbanova legionerlərlə ünsiyyət qurmaqda kömək edəcək.

Əslində, «Neftçi»nin keçmiş futbolçusunun burada saxlanılmasının əsas səbəbi də budur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!