Paytaxt klubunda 10 müqavilə - 9-u birillik, 1-i icarə

9 İyun 2021 14:20 Şamaxı 643
Paytaxt klubunda 10 müqavilə - 9-u birillik, 1-i icarə

“Keşlə” müqavilə müddəti başa çatan futbolçularla bağlı qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə 4 oyunçu ilə yeni sazişə qol çəkildiyini bəyan edib.

Bunlar qapıçı Kamal Bayramov, müdafiəçilər Tural Axundov, İlkin Qırtımov və Miyusko Boyoviçdir. Adıçəkilən oyunçular anlaşmalarını gələn ilin yayına qədər uzadıblar.

Paytaxt təmsilçisi həmçinin qapıçı Stanislav Namaşko, müdafiəçilər Tərlan Quliyev, Rail Məlikov, Ruslan Əmircanov və Rafael Məhərrəmlinin yeni müqaviləyə qol çəkdiyini, Elçin Mustafayevin isə “Sabah”dan yenidən icarəyə götürüldüyünü təsdiqləyib.

Konfrans Liqasında çıxış edəcək komanda yay fasiləsində Vüsal İsgəndərli, Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Yevgeni Koçuk, Sezar Meza Kolli, Elvin Yunuszadə və Bahadur Həziyevlə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu