“Neftçi”dən icarəyə götürdü, 2000 manat artıq verdi

8 İyun 2021 09:40 Şamaxı 1 366
“Neftçi”dən icarəyə götürdü, 2000 manat artıq verdi

“Keşlə““Neftçi”dən daha 1 il müddətinə icarəyə götürdüyü Rəhman Hacıyevin maaşını bir qədər də artırıb.

27 yaşlı yarımmüdafiəçi ötən mövsümdən etibarən formasını geyindiyi klubdan 10000 manat deyil, 12000 manat əməkhaqqı alacaq.

“Neftçi“ bundan əvvəl Rəhmanla gələn ilin yayına qədər olan müqavilə müddətini 2 illik uzadıb. Yeni sazişə əsasən, millinin üzvü 2024-cü ilin yayına qədər “ağ-qaralar“a məxsus olacaq.

Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda 16 qola imza atıb. O, ötən mövsüm “Keşlə”nin forması altında Premyer Liqada 22 görüşdə iştirak edib, 4 dəfə fərqlənib.

“Neftçi” oyunçusu ilə müqaviləni uzatsa da, ona etdiyi ödəməni dayandırıb.

Rəhman “Keşlə”də keçirdiyi hər ay üçün “ağ-qaralar”dan 5000 manat alıb. 10 min amanatı isə icarədə olduğu klub verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti