Azərbaycan klubu seneqallı vingerdən cavab gözləyir

7 İyun 2021 17:00 Şamaxı 2 042
Azərbaycan klubu seneqallı vingerdən cavab gözləyir

"Keşlə" Şimali Makedoniyadan "Şkupi"nin futbolçusu Omar Qudiabiyə təklif göndərib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun son qalibi seneqallı vingerdən cavab gözləyir.

26 yaşlı hücumameylli oyunçu ötən mövsümü icarə əsasında Şimali Makedoniyanın digər klubu olan "Pelister"də keçirib.

"Şkupi" geridə qalan mövsümdə Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda baş tutmuş matçda “ağ-qaralar”a 1:2 hesabı ilə uduzan Skopye təmsilçisi mübarizəni erkən dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti