"Keşlə"nin Konfrans Liqasına hazırlıq planı məlum oldu

6 İyun 2021 20:20 Şamaxı 1 399
"Keşlə"nin Konfrans Liqasına hazırlıq planı məlum oldu

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Keşlə"nin hazırlıq planı məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Bakı təmsilçisinin ölkə xaricinə getməyəcəyi dəqiqləşib.

Bu, heç də pandemiyaya görə deyil. Səbəb yalnız maddiyatla bağlıdır. Hazırkı büdcə ölkə xaricində toplanış keçmək üçün yetərli deyil.

Sənan Qurbanovun yetirmələri bu ayın 15-i Bakıda bir araya gələcək. Hazırlığın ilk mərhələsi elə Bakıda baş tutacaq və ayın 27-nə kimi davam edəcək.

Bundan sonra iyulun birinə kimi futbolçulara istirahət veriləcək. Məhz həmin tarixdə hazırlığın ikinci mərhələsi üçün komanda toplaşacaq. Bu dəfə isə hazırlıq üçün seçilən məkan Qəbələdir.

2020-2021 mövsümü Azərbaycan Kubokunun qalibi olmaqla "Keşlə" Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı