"Tələsib oyunçu alıb, istifadə edə bilməsək, bizə baha başa oturacaq"

5 İyun 2021 22:40 Şamaxı 1 600
"Tələsib oyunçu alıb, istifadə edə bilməsək, bizə baha başa oturacaq"

"Yeni futbolçular axtarışındayıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Gənc mütəxəssis hazırda transferlərlə bağlı nəsə deməyin çətin olduğunu bildirib: "Bizim bəlli büdcəmiz var. Ondan kənara çıxa bilmirik.

Onu da unutmayaq ki, futbolçular maaşlarını artırmaq istəyirlər. Bu da normal haldı. Çünki kubok qazanıblar.

Ona görə də maaşlarda artımın olması əlavə futbolçular ala bilməməyimizə gətirib çıxarır. Bu yöndə görək necə olur. Qəti söz deyə bilmirəm".

Qurbanov tələsik addım atmaq istəmədiklərini sözlərinə əlavə edib: "Hər şeydə büdcəyə uyğun olaraq hərəkət edəcəyik. İstəyirik həm tələsməyək, həm də gecikməyək.

Bu, çox önəmlidir. Tələsib hansısa oyunçunu alıb, amma istifadə edə bilməsək, bizə baha başa oturacaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda