Neft şirkəti Premyer Liqa klubunun büdcəsini 30% azaltdı

3 İyun 2021 17:40 Şamaxı 1 262
Neft şirkəti Premyer Liqa klubunun büdcəsini 30% azaltdı

Konfrans Liqasında çıxış edəcək “Keşlə” gözlənilməz situasiya ilə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, SOCAR ölkə kubokunu qazanan kluba ayırdığı büdcəni azaldıb.

Paytaxt təmsilçisi yeni mövsümə son “futbol ili” ilə müqayisədə 30 faiz az büdcə ilə başlamalı olacaq. Bu da öz bərabərində bir sıra problemləri gündəmə gətirib, islahat və ixtisarları qaçılmaz edir.

Güman ki, hər şey belə də olacaq. Və zərbə akademiya ilə yanaşı, əsas komandaya da dəyəcək. Bura daxil olan məşqçi və futbolçuların, o cümlədən, texniki personalın əməkhaqqısı azaldılacaq.

Digər Xəbərlər
Xəbər Lenti