“Mənə “əmi” deyən adam olmusan, heç utanırsan?”

2 İyun 2021 22:20 Şamaxı 2 447
“Mənə “əmi” deyən adam olmusan, heç utanırsan?”

Dünən xəbər verdiyimiz kimi, Ceyhun Sultanov “Keşlə”dən ayrılıb.

Ötən ilin noyabrında «Neftçi»nin idman direktoru postundan istefa verən, 1 ay sonra «Keşlə»də işə başlayan funksionerin gözlənilməz buradan gedişinin səbəbkarı Sənan Qurbanovdur.

3 ay öncə AFFA-nın təqdimatıyla burada işə düzələn baş məşqçi mövsümün yekunları ilə bağlı hesabat verib. O, Premyer Liqada 14 tur qələbə qazana bilməməsinin məsuliyyətini idman direktorunun üstünə atıb.

Qurbanov ortaya fakt qoymayıb, bununla belə, etiraf edib ki, futbolçular ona yox, idman direktoruna hörmətlə yanaşır və bu da onun rahat çalışmasına mane olur.

Gənc çalışdırıcı bildirib ki, o, komaadanı yenidən formalaşdırmaq istəyir və transferlə bağlı məsələlərdə Sultanovun söz sahibi olmasına qarşıdır.

Redaksiyamıza hadisəylə əlaqəli bəzi yeni məlumatlar daxil olub. Belə ki, Qurbanovun barəsində «donos» verməsindən xəbər tutan Sultanov onunla görüşüb.

İdman direktoru hamının eşidəcəyi səslə «Səndən hər şey gözləyirdim, amma bu boyda şər-böhtanı yox.

Sənə ayıb olsun! Mənə «əmi» deyən adam olmusan, heç utanmırsan? İndiyədək sənə mənim qədər kömək edən olmayıb.

Bunların hamısını itirdin, dünən yadından çıxdı. Haqqıma girdin, öz maraqlaarın üçün mənə böhtan atdın. Mən onsuz da, qərarımı vermişdim, gedəcəkdim.

Çünki səninlə işləməkdən utanıram» deyib. Onun baş məşqçiyə son sözü “Mənim haqqımda dediyin yalanlara görə bir gün cavab verəcəksən, səni Allaha tapşırıram” olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti