"Keşlə"də yeni təyinat baş tutdu

2 İyun 2021 09:40 Şamaxı 1 887
"Keşlə"də yeni təyinat baş tutdu

Murad Axundovun ayrılmasından sonra "Keşlə"də boş qalan mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat baş tutub.

Sportinfo.az-ın məlumatına görə, boş qalan post Səbuhi Məmmədova həvalə olunub.

Məmmədov "Keşlə" üçün heç də yad sima deyil. O, komandanın adının "İnter" adlandırıldığı vaxtdan 2019-cu ilə kimi bu vəzifədə çalışıb.

Klub rəsmisi 2019-cu ildə Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən Texniki Qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti