"Sərgilədiyimiz oyun məni məyus etdi" - Sənan Qurbanov

14 May 2021 21:00 Şamaxı 679
"Sərgilədiyimiz oyun məni məyus etdi" - Sənan Qurbanov

"Çempionat sona çatdıqca futbolçuların gücü tükənir. Rəqib "Qarabağ" idi. Onlara qarşı səhvsiz oynamaq lazım idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, komandasının oyunu onu üzdü: "Sadə top itkilərinə yol verdik. Bu, plana daxil deyildi. Sərgilədiyimiz oyun məni məyus etdi. Rəqib layiqli qələbə qazandı. İstənilən halda komanda son iki oyuna hazır olmalıdır. Kubokda final, çempionatda "Qəbələ" ilə oyunumuz var".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!