Baş məşqçidən şikayət etdi, "pulumu verin, gedim" söylədi

11 May 2021 16:00 Şamaxı 1 531
Baş məşqçidən şikayət etdi, "pulumu verin, gedim" söylədi

«Knşlə»nin məşqçisi Azər Bağırov klub rəsmiləri ilə görüşüb.

Sənan Qurbanov klubdan ayrılmasını istəyərək, 2 aylıq maaşının ödənilməsini xahiş edib.

İki ay öncə burada işə başlayan Bağırov düşərgədən getmək niyyətinə düşməsinə səbəb olaraq baş məşqçini göstərib.

O, Qurbanovla çalışmağın çətin olduğunu, hər hansı təklifinə əsəbi qarşılıq verdiyini söyləyib. Yardıımçı rəhbərliyin ona isti münasibət bəsləməsinin baş məşqçidə qıcıq yaratdığını qeyd edib.

Bundan öncə məşq əsnasında ikili arasında yaranan anlaşılmazlıq daha sonra bazada mübahisəyə çevrilib.

Baş məşqçinin ona yönələn iradları ilə razılaşmayan Bağırov ona cavab qaytarıb. Belədə tərəflər bir-birlərinin ünvanına heç də xoş olmayan ifadələr işlədib.

Bağırovun Qurbanovu döymək istəməsinə səsə gələn klub nümayəndələri imkan verməyib.

Bütün bunlara rəğmən, klub yönətimi Bağırovun buradan ayrılmasına razılaşmayıb. Ona işindən razılıq ifadə olunub və ən azı mayın sonunadək görəvini yerinə yetirməsi tapşırıılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu