“Zirə”nin məğlubiyyəti “Keşlə“ni pulun içində “üzdürdü“

30 Aprel 2021 09:40 Şamaxı 2 259
“Zirə”nin məğlubiyyəti “Keşlə“ni pulun içində “üzdürdü“

Azərbaycan Kubokunda ikinci finalçının adına Zirədə aydınlıq gəldi.

Yarımfinal mərhələsində “Zirə”ni üstələyən “Keşlə” tarixində 6-cı dəfə həlledici qarşılaşmada iştirak imkanı əldə eidi.

Evdə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, səfərdə daha çox qol vuran keşləlilər (3:2) həlledici qarşılaşmada iştirak imkanı qazandı. Bununla qəsəbə təmsilçisi “Neftçi” (10 dəfə) və “Qarabağ”dan (9) sonra finala ən çox adlayan üçüncü komanda oldu.

İki il əvvəl “Qəbələ”nin sükanı arxasında ölkə kubokunu qazanan və bu titulun hazırkı sahibi hesab edilən Sənan Qurbanovun eyni uğuru təkrarlaması yolunda son maneəsi “Sumqayıt” olacaq.

“Keşlə” ilə “Sumqayıt” arasında həlledici matç mayın 24-də baş tutacaq.

Sabiq “bankirlər“ Sezar Meza Kollinin dünənki het-triki saayəsində 100 min manat irəli düşdü. Bu, son 3 ildə Azərbaycan futbolunda rast gəlinən ən böyük mükafat məbləğidir.

Əsas heyətdə meydana çıxan oyunçuların hərəsi 4500 manat alacaq. Yerdə qalan vəsait isə kollektivin digər üzvləri arasında bölüşdürüləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti