"Qətiyyən pessimist deyilik, "Zirə"yə gücümüz çatar"

29 Aprel 2021 15:00 Şamaxı 569
"Qətiyyən pessimist deyilik, "Zirə"yə gücümüz çatar"

"Hələ heç nə itirilməyib, şanslar yenə bərabərdir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin idman direktoru Ceyhun Sultanov deyib.

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. "Zirə" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni sınağa çəkəcək.

Meydan sahiblərinin iki futbolçusu "Keşlə"yə qarşı ev matçında olmayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı duruma düşdüyündən, komandasına kömək etməyəcək.

Qonaqlarda isə legionerlər - Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq.

C.Sultanov bildirib ki, o, rəqibi yenəcək gücdə olduqlarını düşünür: "Zirə" bizi evdə udmağı bacarırsa, biz niyə səfərdə onlara qalib gəlməyək?

Buna potensialımız çatır. Əlbəttə, "Zirə" asanlıqla təslim olmayacaq, ilk oyunda qazandığı üstünlüyü qorumağa çalışacaq.

Ancaq bizim başqa yolumuz yoxdur, finala vəsiqə qazanmaq üçün ikiqat mübarizə əzmi göstərməliyik. Hədəfimiz avrokuboklara getməkdir. Qətiyyən pessimist deyilik, komandamıza inanırıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"