“Keşlə“ – Yadda qalan hadisə

28 Aprel 2021 23:00 Şamaxı 676
“Keşlə“ – Yadda qalan hadisə

Premyer Liqanın 24-cü turunda “Səbail“ üzərində qazanılan 1:0 hesablı qalibiyyət “Keşlə“nin tarixinə yubiley uğuru kimi düşüb.

Sportinfo.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda 350-ci qələbəsini qazanıb.

İlk rəsmi matçını 1997/98 mövsümündə ölkə kubokunda keçirən bakılılar tarixinin 740-cı matçında 350-ci dəfə qalib gəlib.

Bunlardan 274-ü Premyer Liqa, 52-si Azərbaycan kuboku, 16-sı avrokuboklar (1-i Çempionlar Liqası, 12-si Avropa Liqası, 3-ü İntertoto kuboku), 8-i Birlik kubokuna təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti