Bakı klubunun rəhbərdiyi 2 TƏLƏB İRƏLİ SÜRDÜ

28 Aprel 2021 11:40 Şamaxı 1 400
Bakı klubunun rəhbərdiyi 2 TƏLƏB İRƏLİ SÜRDÜ

«Keşlə» rəhbərliyi baş məşqçi Sənan Qurbanov və futbolçulardan son tələbini edib.

Sportinfo.az-ın məlumatına görə, rəsmilər komandadan ölkə kubokunun finalına vəsiqə qazanmağı istəyib.

İlk görüşdə «Zirə»yə 1:2 hesabıyla uduzan kollektiv sabah səfərdən sərfəli nəticəylə dönməsə, islahat düyməsi basılacaq. Bu isə o deməkdir ki, «Keşlə» gələn sezona yeni çalışdırıcı və heyətdə başlayacaq.

İdarəçilər Premyer Liqa ilə bağlı tələblərini də açıqlayıb. 14 turluq aradan sonra «Səbail»lə oyunda qələbə qazanan komandanın qarşısına növbəti 4 turda 5-ci pilləyə yüksəlmək vəzifəsi qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti