"Qələbə həsrətinin bu qədər uzun sürəcəyini gözləməzdim"

26 Aprel 2021 22:20 Şamaxı 644
"Qələbə həsrətinin bu qədər uzun sürəcəyini gözləməzdim"

"Qələbə həsrətinin bu qədər uzun sürəcəyini gözləmirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında 14 oyunluq aradan sonra "Səbail" üzərində qələbə qazanan "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

İsgəndərli qarşıdakı oyunlar bu qələbənin davamını gətirməyə çalışacaqlarını bildirib: "Komanda şəklində yaxşı heyətimiz var. Ancaq bu futboldu. Belə şeylər olur. Biz də indi qara zolağa düşmüşdük. Özümüzə gəlib, qalan oyunlarda qələbə qazanmaq üçün əlimizdən gələni eləməliyik. Çempionatda növbəti rəqibimiz "Neftçi"dir. Məqsədimiz qələbə qazanıb daha da irəli pillələrə irəliləməkdir".

Vüsal üç gün sonra ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Zirə" ilə qarşılaşacaqları oyunda şanslarını da dəyərləndirib: "İlk oyunda 1-2 məğlub olsaq da, məncə, hər şey öz əlimizdədir. Baş məşqçimizin dediklərini edib mərhələni keçməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti