"Keşlə"ni çalışdırmağa əsas namizədin adı bilindi

26 Aprel 2021 17:40 Şamaxı 1 452
"Keşlə"ni çalışdırmağa əsas namizədin adı bilindi

«Keşlə»nin yeni mövsüm üçün planlarına aydınlı gəlmək üzrədir.

Sportinfo.az-ın məlumaiına görə, Sənan Qurbanovun gələcək taleyi «Zirə» ilə kubokun yarımfinal mərhələsinin cavab görüşünün nəticəsindən asılıdır.

İlk oyunda 1:2 hesabıyla uduzan sabiq «bankirlər» yarışma ilə vidalaşarsa, baş məşqçisinin müqavilə müddəti uzadılmayacaq.

Artıq onu əvəzləyəməyə əsas namizədin kimliyi də məlumdur. Bu, «Səbail»in sükançısı Aftandil Hacıyevdir.

Bayıl kubunda üçüncü mövsümünü keçirən «Pro» kateqoriyalı mütəxəssisin sözləşməsin gjələn ay başa çatır. "Üstəlik, «dənizçilər" ona yeni kontrakt təklif etməyib. Bu isə «Səbail»in gələcəyinin qeyri-müəyyən olmasıyla əlaqədardır.

Hələ bilinmir ki, «Səbail» gələn sezon mövcud olacaq, ya fəaliyyətini dayandıracaq. Yaxud mövcud olacaqsa, kluba hansı səvtyyədə baxılacaq, büdcəsi nə qədər təşkil edəcək – yəni suallar çoxdur.

İndi o məlumdur ki, sponsorlar «Səbail»ə laqeyd yanaşır və bu münasibətin yaxşılığa doğru dəyişməsi az inandırıcıdır. Hər halda klub 2 ildir maliyyə cəhətdən böyük problemlər yaşayır, maaşlar çox vaxt aylarla ödənilmir.

Nə AFFA, nə də SOCAR «dənizçilər»lə maraqlanır. Problemlərin həlli istiqamətində adıçəkilən qurumların heç biri addım atmır. Hacıyev Bayıl yamacında tək qalıb: həm rəhbərdir, həm də fəhlə.

Tamerlan Abdullayev hər şeyi onun üzərinə atıb, özü də ortalıqda görünmür. Ümumiyyətlə, Abdullayevin yerini deyənə «Səbail»in futbolçuları ciblərindən mükafat verməyə hazırdır.

Bax, belədir burada vəziyyət. Ona görə də Hacıyevin hələ 5 yaşı tamam olmayan klubda qalıb işini davam etdirməsi böyük ölçüdə perspektivsizdir.

Digər Xəbərlər
Xəbər Lenti