Sənan Qurbanovdan qələbə şərhi

25 Aprel 2021 20:50 Şamaxı 692
Sənan Qurbanovdan qələbə şərhi

"Hər iki komandanın turnir cədvəlindəki mövqeyi bəlli idi. İstənilən halda stresli və maraqlı oyun oldu. Görüşdə kifayət qədər qol imkanları yarandı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Topun daha çox bizdə olması üçün məşqlərdə bunun üzərində işləmişdik. İlk 20 dəqiqədə qol vurmağa çalışdıq. Bu müddətdə 3 qol imkanımız oldu. Sevinirəm ki, futbolçular istədiklərimizi yerinə yetirdilər. Psixoloji gərginliyi üzərimizdən atmaq üçün qələbə vacib idi. Həmişə qol imkanları çox olub, yararlana bilməmişik və heç-heçə ilə kifayətlənmişik, məğlub olmuşuq. Bu gün qapımızda qol epizodları da oldu. Bunların hamısını təhlil edəcəyik. Hamısı daha çox standart vəziyyətdən idi. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Qələbə münasibətilə futbolçuları təbrik edirəm".

Qurbanov zədələnən Rafael Məhərrəmlinin durumu haqqında bunları deyib: "Onun zədəsi var idi. Bu gün oynaya biləcəyini dedi. Həkimlər tez müdaxilə etdi. Kubokda iştirakı ilə bağlı məlumat veriləcək. Çalışmalıyıq ki, Rafael də məşqi buraxmasın. Sabah onun durumuna aydınlıq gələcək".

Digər Xəbərlər
Xəbər Lenti