"Nə vaxt əhvalım yaxşı olsa, onda da meydançaya çıxacam"

24 Aprel 2021 11:40 Şamaxı 1 415
"Nə vaxt əhvalım yaxşı olsa, onda da meydançaya çıxacam"

«Keşlə»nin qapıçısı Stanislav Namaşkonun son oyunlarda meydana çıxmamasının səbəbi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, moldovalı kiper hazırda psixoloji sstres yaşayır.

Bu azmış kimi, millinin düşərgəsindən zədəli dönüb.

Namaşkonun formasını geyindiyi Moldova yığması DÇ-2022-nin seçmə mərhələsinin ikinci oyununda Danimarka ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Namaşko start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, bu matçdan sonra özünü yaxşı hiss etmir. «Keşlə»nin məşqçilərinə də elə bunu söyləyib: «Nə vaxt əhvalım və zədəm yaxşı olsa, onda da meydançaya çıxacam».

Digər Xəbərlər
Xəbər Lenti