Premyer Liqa klubunun baş məşqçisi bu legionerlərdən şübhələnir

28 Mart 2021 17:40 Şamaxı 1 284
Premyer Liqa klubunun baş məşqçisi bu legionerlərdən şübhələnir

«Keşlə»nin baş məşqçisi Sənan Qurbanov Anatolie Abanqdan sonra daha 2 legionerlə problem yaşayıb.

O, Stanislav Namaşko ilə Miyusko Boyoviç barədə mənfi raport hazırlayıb.

İki ay öncə komandanın sükanını Yunis Hüseynovdan təhvil alan çalışdırıcı adları çəkilən əcnəbi futbolçuların xidmətində maraqlı olmadığını rəhbərliyin diqqətinə çatdırıb.

Qurbanov iddia edib ki, Abanqın maaşı yüksək olsa da, qol vurmq bacarığı yoxdur, digər iki legioner isə qəsdən zəif oynayır.

Baş məşqçi moldovalı qapıçı ilə monteneqrolu müdafiəçinin Premyer Liqanın son 5-6 turunda ciddi səhvlərlə yadda qaldığını və bundan şübhəyə düşdüyünü gizlətməyib.

Qurbanovda elə təəssürat yaranıb ki, Namaşko ilə Boyoviç onun komandaya tətbiq etdiyi yeni nizam-intizam qaydalarından narahatdır və getməsi üçün çalışırlar.

Bu, həm də Yunis Hüseynovun gəldiyi qənaətdir. Keçmiş baş məşqçi istefa verəndən sonra mətbuata açıqlamasında «komandada mənim qalmağımı istəyən bəzi futbolçular var idi» açıqlaması ilə gündəmə gəlmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı