“Səbail”lə “Keşlə”nin matçı 1 gün sonraya keçirildi

26 Mart 2021 00:28 Şamaxı 521
“Səbail”lə “Keşlə”nin matçı 1 gün sonraya keçirildi

“Səbail” və “Keşlə” arasında yoxlama matçının tarixi dəyişdirilib.

Sportinffo.az xəbər verir ki, paytaxt təmsilçiləri arasındakı görüş planlaşdırıldığı kimi, martın 26-da yox, 1 gün sonra baş tutacaq.

Qarşılaşmanın məkanı da dəqiqləşib. Belə ki, komandalar “Keşlə”nin stadionunda – “ASK Arena”da üz-üzə gələcək.

Matça saat 16:00-da start veriləcək.

“Səbail” fasilədən sonra Premyer Liqanın 21-ci turu çərçivəsində “Zirə”ni (aprelin 3-də), “Keşlə” isə “Qarabağ”ı (aprelin 4-də) qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti