Bu şikayətə “yox” cavabı aldılar: “Ona deyin ki, üstümüzə az qışqırsın”

25 Mart 2021 09:40 Şamaxı 605
Bu şikayətə “yox” cavabı aldılar: “Ona deyin ki, üstümüzə az qışqırsın”

“Keşlə”də baş məşqçi böhranı bitmək bilmir.

Tərlan Əhmədov və Yunis Hüseynovdan sonra Sənan Qurbanov da futbolçularla dil tapmağa çətinlik çəkir.

Düzdür, komanda onun keçdiyi məşqlərdən narazı deyil, amma elə məqamlar var ki, Qurbanovla onlar arasında “uçurum” yaradıb. Bu da yeni çalışdırıcının yanaşma tərzindən irəli gəlir.

Belə ki, Sənan bəy ünsiyyət zamanı heç kimə fərq qoymur, sərt kəlmələrdən istifadə edir, hətta bəzi futbolçulara şübhə ilə yanaşdığını açıq-aşkar hiss etdirir.

Artıq kollektivdən bir qrup ondan klub rəsmilərinə şikayətini çatdırıb. Bildiriblər ki, Qurbanov istər oyunlar, istərsə də məşqlər zamanı yerli-yersiz onların üzərinə qışqırır və həvəsdən salır.

Maraqlıdır ki, idarəçilər bu narazılığı sakit qarşılayıb. Futbolçuların nəzərinə çatdırılıb ki, nəticələrə baş məşqçi cavabdehdir və möcsümün sonunadək ona vaxt verilib, bu müddətdə isə işinə qarışmamasına dair “yuxarı”dan təlimat alıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!