"Balaca səhvlərdən 3 xalı əldən veririk" - Sənan Qurbanov

8 Mart 2021 20:20 Şamaxı 622
"Balaca səhvlərdən 3 xalı əldən veririk" - Sənan Qurbanov

“Futbolçuların durumu psixoloji cəhətdən gərginləşir. Çünki əlimizə düşən 7-8 imkandan yararlana bilmirik. Bu da oyunçuların ustalıq səviyyəsinin o dərəcədə olmadığını göstərir”.

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” ilə oyundan sonra deyib.

“Bakcell Arena”da baş tutan qarşılaşmada qəsəbə təmsilçisi 1:3 hesabı ilə məğlub olub. Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Uduzsaq da, oyun bizim hücumlarımız şəraitində keçdi. “Neftçi”nin usta futbolçuları səhnəyə çıxıb şansı dəyərləndirdilər. Edəcəyimiz bir şey yoxdur. Hücumçuya ehtiyacımız var. Hücumçu, təbii ki, qol vurmalıdır. Bunu bacarmadığı zaman da minimum ehtiyatda qalır. Son anda kobud səhvdən qapımızda qollar görürük. Bundan əvvəlki oyunda da, bu gün də qapıçımız kobud səhvə yol verdi. Balaca səhvlərdən 3 xalı əldən veririk”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"