"Neftçi" güclüdür, yaxşı heyəti var, komandanı inandırmaq istəyirik ki..."

8 Mart 2021 16:00 Şamaxı 915
"Neftçi" güclüdür, yaxşı heyəti var, komandanı inandırmaq istəyirik ki..."

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

"Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşacaq.

Əslində bu görüş "ASK Arena"da keçirilməli idi. Sadəcə, "ağ-qaralar"ın stadionunda aparılacaq təmir işləri ilə əlaqədar matçların yeri dəyişdirilib.

Hazırda 33 xalı olan "ağ-qaralar" "Qarabağ"la 1 - 2-ci yerləri bölüşdürür. "Keşlə" isə 16 xalla 7-ci sıradadır.

Komandalar arasında baş tutmuş 64 çempionat oyunundan 34-də meydan sahibləri, 15-də qonaqlar qələbəni bayram ediblər.

Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 97:62. “Keşlə” son 3 oyunda uduzub. “Neftçi” ardıcıl 9 səfər matçında meydandan qolsuz ayrılmayıb.

“Keşlə“nin baş məşqçisi Sənan Qurbanov Sportinfo.az-a paytaxt derbisi haqda fikirlərini açıqlayıb: “Premyer Liqanın ötən üç turunda qələbə qazanmağa çalışırdıq.

Bəlli səhvlərdən qapımızda qollar gördük. Çalışırıq ki, futbolçuları bu durumdan çıxaraq. İnandırmaq istəyirik ki, qarşıda hələ oyunlarımız var.

Arxada qalan 3 oyunda komanda məğlub olmur, bunu da bir qazanc kimi onlara çatdırmağa çalışırıq. "Neftçi" güclüdür, yaxşı heyəti var və hazırda liderdir.

Digər oyunlara hazırlaşdığımız kimi hazırlaşmışıq. Xal və xallar qazanmaq üçün meydançaya çıxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti