"Mən başqa şeylər tələb edirəm, kimisə günahlandırmaq fikrim yoxdur"

8 Mart 2021 09:40 Şamaxı 708
"Mən başqa şeylər tələb edirəm, kimisə günahlandırmaq fikrim yoxdur"

"Hər oyundan sonra video analizlərimiz olur. Çalışırıq səhvlərimizi minimuma endirək. Yeni sistem, yeni tələblər var".

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Sportinfo.az-a açıqlamasında Premyer Liqanın gedişatına qiymət verib.

Paytaxt təmsilçisi çempionatın son 3 turunda heç-heçə edib. O, bu cür ardıcıllığın hansı səbəblərdən qeydə alınması barədə fikirlərini bölüşüb:

"Mən başqa şeylər tələb edirəm. Bu da qısa bir vaxtda öz yerini tuta bilməz. Sevindirici haldır ki, futbolçular istədiklərimizi meydanda vermək üçün çox səylə çalışırlar.

Mən futbolçulara aşılamaq istəyirəm ki, hücum ediriksə, komanda şəkilində etməliyik və komanda şəklində də müdafiə olunmalıyıq. Bu isə zaman tələb edir.

Fərdi olaraq hansısa mövqedə kimisə önə çıxarmaq istəmirəm. Bu nəticələr futbolçulara da pis təsir edir.

Qapımıza ofsayddan qollar vuruldu. İstəyərdik ki, hakimlər bu səhvlərə yol verməsinlər.

Düzdür, öz səhvlərimizi müzakirə edirik, amma baxdıqda, görürük ki, təmiz qolumuz sayılmır, amma qapımıza ofsayddan qol vurulur.

Belə hallar da oyunun nəticəsinə təsir edir. Yenə deyirəm ki, kimisə günahlandırmaq fikrim yoxdur. Hakimlər də bir insandır.

Hamımız kimi, onlar da səhv edir. Belə baxdıqda, hər bir şeyin nəticələrə təsiri var".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!